"Qələbə" əsərinin əsas ideyası nədir?


F.Kərimzadənin “Qələbə” əsərində (“Xudafərin körpüsü” romanindan) Şah İsmayılın vahid  Azərbaycan  dövlətini  qurmaq    arzusundan, bu arzunu reallaşması  üçün keçirdiyi   hislərdən, apardığı döyüşlərdən bəhs edilir.                            
 Əsərin əvvəlində  Şah İsmayıl Xudafərin  körpüsünə  baxaraq  onun tağlarını sayır. Azərbaycan ərazisində  pərakəndə  şəkildə  yaşayan türk  tayfalarını  düşünür. İsmayıl  həmin tayfaları  birləşdirməyin, vahid dövlət qurm
ağın nə qədər vacib  olduğu yaxşı bilirdi.

   Əsər   qəhrəmanlığı
, vətənpərvərliyi ,  iki əsrdən artıq zorla ayrılığa məhkum olunmuş  xalqın   əsl tarixini   əks etdirir.                   Dövlətçilik tariximizi bilmək, tarixi torpaqlarımızı tanıtmaq, xalqımızın və torpaqlarimızın  başina gətirilən  haqsızlıqları  təhlil etmək üçün bu əsər çox qiymətlidir.                                                                       
 Əsərin əsas ideyası
- dövlətçilik tariximizi  öyrətmək , milli  birliyi təbliğ etmək,vətənpərvərlik hisslərini  yüksəltməkdir.
Biz bu  əsəri  oxuduq  və əlbəttə,  hər birimiz  Şah İsmayılla fəxr etdik,ona bənzəməyi  arzuladıq.İnanırıq ki,Şah İsmayılı  y
etirən  xalq  yeni  qəhrəmanlar yetirəcək.Həmin qəhrəmanlar  Azərbaycan  bayrağını  Şuşada,Təbrizdə  yenidən dalğalandıracaqlar.


Hiç yorum yok:

Yorum Gönder