Elə bir insan yoxdur ki, ”kitabın xeyri nədir ?” sualına cavab verə bilməsin. Lakin çoxları bu sehrli əşyanın dəyərini bilmirlər.

Kitablar müxtəlifdir: dərs kitabları, bədii kitablar və. s .
Dərs kitabları ilə məktəbə gedən hər bir insan tanış olur.
Hər bir bədii kitab isə bir insandır, bir insan taleyidir. Sən yeni kitab oxuduqca yeni insanla, insan taleyi ilə tanış olursan. Kitablarla tanış olduqca sən bir pillə qalxırsan və digər insanlardan üstün olursan.
Bununla bərabər ədəb-ərkan qaydalarını, gözəl maneraları öyrənmək üçün kitablara müraciət etmək olar. Kitabları oxuduqca insan oradakı ideala doğru addımlayır, özünü təkmilləşdirir, mənfi xasiyyətlərini unutmağa və pis vərdişlərdən əl çəkməyə çalışır. Məşhur rus yazıçısı M. Qorki demişdir: "Məndə olan bütün yaxşı keyfiyyətlərə görə kitablara borcluyam”.
Hiç yorum yok:
Yorum Gönder